...

Fuad Axundov: Azərbaycanın KTMT-də iştirak etməməsinin səbəbi respublikanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir

Siyasət Materials 12 Dekabr 2005 16:38 (UTC +04:00)

Azərbaycanın kollektiv təhlükəsizliyə dair müqavilə Təşkilatında (KTMT) iştirak etməməsinin səbəbi KTMT-nin digər üzvü olan Ermənistanın respublika ərazilərinin 20 faizini işğal etməsidir. Azərbaycan prezidentinin İcra aparatı (PİA) ictimai-siyasi şöbəsinin siyasi araşdırmalar sektorunun müdiri Fuad Axundov Federasiya Şurasının MDB işləri üzrə komitəsinin sədri Vadim Qustovun "Neft ehtiyatları Azərbaycanın KTMT-də iştirakdan imtina etməsinin səbəblərindən biridir" fikrini Trend ə belə şərh edib.

"V. Qustovun dedikləri qəribə məntiqə əsaslanır. Maraqlıdır ki, o, nədən qaynaqlanaraq belə bir nəticəyə gəlib"-deyə PİA nümayəndəsi qeyd edib və vurğulayıb ki, "təkcə Azərbaycan yox, analoji vəziyyətdə olan digər istənilən bir ölkə də onun torpaqlarını işğal etmiş bir ölkə ilə birgə hərbi-müdafiə təşkilatına daxil olmaq barədə düşünə bilməz".

Qeyd edək ki, İrəvanda jurnalistlərlə söhbətində FŞ MDB işləri üzrə komitənin sədri bəyan edib ki, "amerikalılar Gürcüstanın MDB-nin tərkibindən çıxması üçün mümkün olan hər bir şeyi edirlər. Ona görə ki, həmin ölkənin ərazisindən neft-qaz kəməri keçir. Xəzər dənizinin neft ehtiyatları nəzərə alınmaqla Azərbaycana da xüsusi diqqət yetirilir. Neft ehtiyatları Azərbaycanın KTMT-də iştirakdan imtina etməsinin səbəblərindən biridir".

Xəbər lenti

Xəbər lenti