...

"Bakı elektroştamp" Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri hədə-qorxu ilə pul tələb etməyə görə saxlanılıb

Siyasət Materials 12 Dekabr 2005 18:34 (UTC +04:00)

"Bakı Elektroştamp" Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri Nurəddin Zülfüqarlı hədə-qorxu ilə pul tələb etməyə görə saxlanılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, N.Zülfüqarlının saxlanılmasının iş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Onun barərsində DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə adı açıqlanmayan vətəndaş tərəfindən şikayət ərizəsi daxil olduğu bildirilib. Bu şikayət ərizəsi əsasında Nurəddin Zülfüqarlı və onun qardaşı Rövşən Zülfüqarlı saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Hazırda hədə-qorxu ilə pul tələb etmə faktı ilə əlaqədar istintaq aparılır. N.Zülfüqarlı və qardaşı hələ də istintaq təcridxanasına köçürülməyib.

Xəbər lenti

Xəbər lenti