...

Azərbaycan və İran sərhədlərin təhlükəsizliyi və qorunması sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 13 Dekabr 2005 11:16 (UTC +04:00)

Azərbaycan Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyev və İranın daxili işlər naziri Mostafa Pur-Mohəmmədi Tehranda dövlət sərhədlərinin təhlükəsizliyi və qorunması sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Trend in "İrna" agentliyinə istinadən xəbər verdiyi kimi, İranın daxili işlər naziri və Azərbaycan DSX rəisinin görüşü zamanı hr iki ölkənin sərhəd xidmətinin qarşılıqlı fəaliyyətinin yüksək səviyyədə olması nəzərə çatdırılıb.

Mostafa Pur-Mohəmmədi və Elçin Quliyev dövlət sərhədlərinin qorunması üzrə birgə fəaliyyət haqqında əldə olunmuş razılıqları müsbət qiymətləndiriblər.

Həmsöhbətlər bildirib ki, İran və Azərbaycanın təhlükəsizlik sahəsində sıx qarşılıqlı fəaliyyəti hər iki ölkənin sərhəd rayonlarında əhalinin həyatının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Xəbər lenti

Xəbər lenti