...

"Yeni Siyasət" seçki bloku qərargah axtarışına çıxıb

Siyasət Materials 13 Dekabr 2005 11:31 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun Koordinasiya Şurasının toplantıları qərargah problemi üzündən mütəmadi keçirilmir". Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətinin rəhbəri Elza Alışova bildirib.

E.Alışova onu da bildirib ki, onlar qərargah axtarışındadırlar: "Bir neçə ünvanda olmuşuq. Lakin həmin ofislər bizim üçün yararlı olmadığından axtarışımız davam edir. Yaxın günlərdə seçki blokumuz yeni qərargahla təmin olunacaq".

Adıçəkilən blokun rəsmisi onu da vurğulayıb ki, hazırda "YES"-in toplantıları Koordinasiya Şurasının üzvllərinə məxsus olan ünvanlarda keçirilir.

Xəbər lenti

Xəbər lenti