...

Mirmahmud Mirəlioğlu: "Millətçi Demokratlar Hərəkatı siyasiləri ətrafında birləşdirəcək"

Siyasət Materials 13 Dekabr 2005 11:35 (UTC +04:00)

"Millətçi Demokratlar Hərəkatını (MDH) yaratmaqda məqsədimiz ölkədə fəaliyyət göstərən siyasi qüvvələrin birliyini təmin etməkdir". Bu barədə Trend ə MDH-nin təsisçilərindən olan Azərbaycan Xalq Cəbəhəsi (klassiklər) Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu onu da qeyd edib ki, müxalifətin bir arada fəaliyyət göstərməsi üçün bir sıra siyasi partiyalarla danışıqlar aparılıb: "Lakin həmin partiyalar dostlarından uzaq heç kəsi görmək istəmədi. Ona görə də bu hərəkatı yaratdıq".

M.Mirəlioğlu əlavə edib ki, MDH-nin qapıları bütün siyasi partiyalar və fərdlər üçün açıq olacaq.

Onu da bildirək ki, yeni yaradılan hərəkatın təşkilatçıları Ülvi Həkim, Cahandar Bayoğlu, Tofiq Seyid və Vüqar Bəyturandır. Hərəkatı idarə etmək üçün öncə Təşkilat Komitəsi yaradılacaq.

Xəbər lenti

Xəbər lenti