...

Seçkilərlə bağlı şikayətləri araşdıracaq İctimai-Hüquq Komissiyası fəaliyyətə başlayıb

Siyasət Materials 13 Dekabr 2005 11:41 (UTC +04:00)

Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) 2005-ci il 6 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı şikayətləri araşdırmaq məqsədilə yaratdığı İctimai-Hüquq Komissiyası fəaliyyətə başlayıb. Bu barədə Trend ə AHF-nin həmsədri İntiqam Əliyev məlumat verib.

O bildirib ki, Komissiyanın əsas məqsədi seçki hüquqlarının pozuntuları ilə bağlı seçki komissiyalarına və məhkəmələrə göndərilən şikayətləri və bu şikayətlərə verilən cavabları araşdırmaqdır. Komissiya həmin seçki komissiyalarının və məhkəmələrin şikayətlərə nə dərəcədə qanuni və obyektiv yanaşdığının monitorinqini aparacaq. Sonra hər bir dairə üzrə müstəqil hüquqi rəy hazırlayacaq.

İ.Əliyevin sözlərinə görə, artıq Komissiyaya təqdim edilən 15-dən çox dairə üzrə şikayətlərlə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti