...

Millət vəkillərinə vəsiqələrin təqdim olunması mərasimi keçirilib

Siyasət Materials 13 Dekabr 2005 12:41 (UTC +04:00)

"Millət vəkillərinə vəsiqələrin təqdim olunması mərasimi parlamentin dekabrın 13-də keçirilən növbəti iclasında həyata keçirilib". Trend xəbər verir ki, mərasimdən öncə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2005-ci il 6 noyabr parlament sekilərinin demokratik və şəffaflığı barədə danışıb.

MSK sədrinin qısa çıxışından sonra millət vəkillərinə vəsiqələr təqdim olunub. Öncə M.Pənahov parlamentin spikeri Oqtay Əsədova, spikerin birinci müavini Ziyafət Əsgərova, müavinləri Bahar Muradovaya və Valeh Ələsgərova vəsiqələri təqdim edib. Daha sonra MSK sədri tərəfindən digər millət vəkillərinə vəsiqələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti