...

Parlamentin 11 komissiya sədrinin müavinləri seçilib

Siyasət Materials 13 Dekabr 2005 14:14 (UTC +04:00)

Milli Məclisin dekabrın 13-də keçirilən növbəti iclasında parlamentin daimi komissiya sədrləri müavinlərinin seçilməsi haqqında sənəd müzakirə olunub. Trend xəbər verir ki, iclasda parlamentin 11 daimi komissiyasının sədr müavinləri seçilib.

Rövşən Rzayev - hüquq-siyasət və dövlət quruculuğu, Aydın Mirzəzadə - təşlükəsizlik və müdaifə məsələləri, Azər Əmiraslanov - iqtisadi siyasət, Elton Məmmədov - təbii ehtiyatlar, energetika və ekologiya, Eldar Quliyev - aqrar siyasət, Musa Quliyev - sosial siyasət, Fəttah Heydərov - regional, Bəxtiyar Əliyev - elm və təhsil, Rafael Hüseynov - mədəniyyət, Yeva Abramov - insan hüquqları, Gültəkin Hacıyeva - beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiya sədrlərinin müavinləri seçilib.

Xəbər lenti

Xəbər lenti