...

2006-cı ildə "Garadagh" Cement-ə $7 milyon investisiya qoyulacaq

Siyasət Materials 13 Dekabr 2005 14:46 (UTC +04:00)
2006-cı ildə "Garadagh" Cement-ə $7 milyon investisiya qoyulacaq

2006-cı ildə Garadagh Cement Açıq Tipli Səhmdar Cəmiyyətinə (ATSC) $7 mln investisiya qoyulacaq. Bu barədə Trend ə ATSC-in İdarə Heyətinin sədri Uve Kexler ekskluziv məlumat verib.

Onun sözlərinə görə, investisiyalar istehsala, o cümlədən yeni yarımstansiyaların tikintisinə yönələcək.

Bununla yanaşı, müəssisə cari ildə olduğu kimi 2006-cı ildə 1.3 mln ton sement istehsal etməyi planlaşdırır.

Uve Kexler həmçinin, bildirib ki, hazırda müəssisənin əməkdaşlarının sayı 550 nəfərdir. Onların əmək haqqı 2006-cı ildə 12% artırılacaq.

2004-cü ildə Garadagh Cement $6,5 mln investisiya qoyulub və 1,36 mln ton məhsul istehsal olunub ki, bu da 398 min ton və ya 41.4% çoxdur.

Xəbər lenti

Xəbər lenti