...

Eldar Namazov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 13 Dekabr 2005 14:57 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Bu barədə Trend ə Eldar Namazov bildirib.

Qeyd edək ki, E.Namazov 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkilərinin qeyri-demokratik keçirildiyini və namizədi olduğu 15 saylı Yasamal birinci seçki dairəsində nəticələrin saxtalaşdırılması ilə bağlı sonuncu dəfə Konstitusiya Məhkəməsinə müraciət edib. Lakin adıçəkilən instansiya onun iddiasını təmin etməyib.

E.Namazov qeyd edib ki, artıq Avropa İnasni Haqları Məhkəməsinə müraciətlə bağlı sənədlər hazırlanıb: "Dekabrın sonlarında həmin ünvana şikayət edəcəyəm. Məndən başqa bir neçə namizəd də sənədlərini hazırlayıb".

Xəbər lenti

Xəbər lenti