...

AVP əlavə seçkilərə qatılmaqla bağlı hələ müzakirə aparır

Siyasət Materials 13 Dekabr 2005 15:01 (UTC +04:00)

"Ana Vətən Partiyası (AVP) əlavə seçkilərdə iştirak etmək məsələsini hələ müzakirə edir". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

AVP sədri onu da əlavə edib ki, sözügedən məsələ partiyanın Siyasi Şurasında müzakirə edilməlidir: "Siyasi Şuranın bu məsələ ilə bağlı qərarı olarsa, buna hörmətlə yanaşıb əlavə seçkilərə qatılacağıq".

Millət vəkili müxalifətin əlavə seçkiləri boykot etməsinə də münasibətini bildirib: "Müxalifət öz gücünə, qüvvəsinə etibar edirsə, seçkilərdə iştirak etməlidir".

Xəbər lenti

Xəbər lenti