...

67 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qurupları yaradılıb

Siyasət Materials 13 Dekabr 2005 15:13 (UTC +04:00)

"Milli Məclis 67 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi quruplarını formalaşdırıb". Trend xəbər verir ki, bu barədə sənəd parlamentin dekabrın 13-də keçirilən növbəti iclasında qəbul edilib.

Məsələ müzakirə olunan zaman millət vəkili Fəzail Ağamalı iradlarını da bildirib: "Parlamentin ötən beş il fəaliyyəti dövründə parlamentlərarası işçi quruplarının əksəriyyətinin işi yüksək səviyyədə qurulmadı. Dağlıq Qarabağ problemi işçi qrupları arasında lazımi səviyyədə qabardılmadı. Ancaq buna böyük ehtiyac var".

Spiker Oqtay Əsədov millət vəkilinin bu iradları ilə razılaşdı və gələcəkdə bunların aradan qaldırıması istiqamətində iş aparılacağın vurğulayıb.

Parlamentin həmin iclasında 12 daimi komissiyanın üzvləri də seçiliblər.

Xəbər lenti

Xəbər lenti