Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməklə Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi Milli Məclisin səlahiyyətinə verilib. Trend xəbər verir ki, bununla bağlı dövlət başçısı tərəfindən parlamentə daxil olan müvafiq sənəd səsə qoyularaq qəbul edilib.
Sənədə görə, Azərbaycan Respublikası Dövlət Qulluğunun İdarəetmə Şurası üzvlərinin bir qisminin seçilməsi, bu Şura yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiya üzvlərinin bir qisminin seçilməsi, Məhkəmə Hüquq Şurası üzvlərinin bir qisminin seçilməsi və İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi Milli Məclis tərəfindən həyata keçiriləcək.