...

"Yeni Şərq" Araşdırmalar Mərkəzi yaradılıb

Siyasət Materials 13 Dekabr 2005 18:46 (UTC +04:00)

"Yeni yaradılan "Yeni Şərq" Araşdırmalar Mərkəzinin əsas fəaliyyəti Azərbaycan daxil olmaqla regionda baş verən hadisələrin öyrənilməsinə və strateji araşdırmaların aparılmasına yönələcək". Bu barədə Trend ə adıçəkilən mərkəzin direktor müavini Vüsal Əliyev bildirib.

V.Əliyev onu da bildirib ki, bundan başqa region ölkələrin mədəni irsinin, tarixinin, adət-ənənəlrinin öyrənilməsi və bu sahədə elmi təhlillərin aparılması, elmi konfransların keçirilməsi qarşıya məqsəd qoyulub.

Yeni yaradılan mərkəzin eksprertləri sırasına akademik Əli Abbasov, professor Altay Göyüşov, Asim Qaragözov və digər görkəmli elm xadimlərinin daxil olduğunu bildirən V.Əliyev mərkəzə Milli Elmlər Akademiyasının əməkdaşı Elşən Mustafaoğlunun rəhbərlik etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti