...

Fərhad Abdullayev Moskvada IIII beynəlxalq forumda iştirak edib

Siyasət Materials 13 Dekabr 2005 18:48 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Moskva şəhərində işgüzar səfərdə olub. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin sədrinin köməkçisi Sarıbəy İbrahimov məlumat verib.

Forum Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə keçirilib. Forum iştirakçıları arasında Azərbaycanla yanaşı MDB dövlətlərinin, Çexiya, Almaniya, Polşa, Kanada, Xorvatiya, Fransa və digər ölkələrin konstitusiya məhkəmələrinin sədrləri, ekspertləri, o cümlədən, Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri də olub.

Forum iştirakçıları Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının müxtəlif Avropa ölkələrinin konstitusiya məhkəmələri tərəfindən tətbiqi məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti