...

QAT fəalları Minsk Qrupu həmsədrlərini etiraz aksiyaları ilə qarşılayacaqlar

Siyasət Materials 13 Dekabr 2005 19:16 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti dəfə bölgəyə səfərlərini etiraz tədbirləri ilə qarşılayacaq. Bu barədə Trend ə QAT-dan məlumat verilib. Bildirilib ki, QAT fəalları həmsədrlərin gəlişi ilə əlaqədar etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Minsk qrupunu fəaliyyətsizlikdə, qeyri obyektiv mövqe nümayiş etdirməkdə günahlandıraq Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, həmsədrlərin heç bir səmərə verməyən səfərlərinə, apardıqları danışıqlara artıq heç bir ehtiyac yoxdur.

QAT-çılar həmçinin, Minsk Qrupunda həmsədr dövlət olan ABŞ-ın Montebello şəhərinin hazırda işğalçı və terrorçu yuvasına çevrilmiş Xankəndi (Stepanakert) ilə "qardaşlaşmasına" da etiraz edir. Etiraz tədbirlərinin dəqiq vaxtı ilə bağlı hələ ki qərar qəbul edilməyib.

Qeyd edək ki, həmsədlərin bölgəyə səfəri dekabrın 14-də Yerevandan başlayacaq. Minsk Qrupu rəhbərləri dekabrın 15-də axşam saatlarında Bakıya gələcəklər.

Xəbər lenti

Xəbər lenti