...

Daxili işlər naziri İsveçin miqrasiya nazirini qəbul edib

Siyasət Materials 13 Dekabr 2005 19:18 (UTC +04:00)

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsveçin miqrasiya naziri xanım Barbo Holmberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir qonaqlara Azərbaycanın daxili işlər orqanlarının fəaliyyət istiqamətləri, aparılan hüquqi islahatlar, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, əldə olunmuş nəticələr, yeni qanunların və qanunvericilik aktlarının qəbulu ilə bağlı ətraflı məlumat verib.

R.Usubov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik və idarəetmə prinsipləri, ölkəmizdə aparılan fəal hüquq-mühafizə siyasətini rəhbər tutan Daxili İşlər Nazirliyi respublikamızda sabitliyin və asayişin etibarlı təmini, həmçinin şəxsi heyət arasında qanunçuluğun gücləndirilməsi məqsədilə ardıcıl surətdə işlər görür.

Söhbət zamanı, həmçinin, müəyyən problemlərin mövcudluğu da vurğulanıb və bu sırada sərhədlərin şəffaflığınının, gediş-gəlişin çoxalmasının qanunsuz miqrasiya və i nsan alveri kimi cinayətlərin artmasına səbəb olduğu da bildirilib.

Ramil Usubov qeyd edib ki, miqrasiya proseslərinin tənzimlənməsi hər bir ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də Nazirliyin tərkibində 2004-cü ildə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, 2005-ci ildəisə Miqrasiya Xidməti yaradılıb. Digər tərəfdən, eyni məsələ ilə bağlı bir sıra dövlətlərin müraciətləri nəzərə alınmaqla hazırda Azərbaycan hökuməti tərəfindən Almaniya, Avstriya, Benilüks, İsveçrə, Rusiya və Türkiyə ilə Readmissiya Haqqında Saziş layihələrinə baxılır. Əgər hökumətlərarası razılıq olarsa, İsveç ilə də belə saziş layihəsinin müzakirəsi mümkündür.

Xəbər lenti

Xəbər lenti