...

Azərenerji SC Astara modul stansiyasının tikintisini təyin edilmiş müddətə başa vurmağı planlaşdırır

Siyasət Materials 14 Dekabr 2005 12:16 (UTC +04:00)
Azərenerji SC Astara modul stansiyasının tikintisini təyin edilmiş müddətə başa vurmağı planlaşdırır

Azərenerji SC Astara modul stansiyasının tikintisini təyin edilmiş müddətə, yəni 2005-ci il dekabrın sonuna başa vurmağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, jurnalistlərə bu barədə dekabrın 13-də Azərenerjinin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Onun sözlərinə görə, Azərenerji layihənin podratçısı Wartsila şirkəti ilə stansiyanın istismara verilmə vaxtını müzakirə edib. E.Pirverdiyev qeyd edib ki, şirkətin nümayəndələri təyin edilmiş vaxtın az olması qənaətindədir.

"Onların sözlərinə görə, Wartsila heç zaman belə qısa müuddət ərzində stansiya istismara verməyib. Lakin biz onun tikintisini müəyyən edilmiş müddətə başa çatdırmağa çalışacağıq", - deyə o bildirib.

"Stansiyanın tikintisi ayın sonuna kimi hazır olacaq, 2006-cı il yanvar ayının 2-ci ongünlüyündə isə onun ümumi enerji sisteminə qoşulması, sinxronizasiya və s. işləri başa çatdıracağıq. İşlərin sürətləndirilməsi texniki problemlər yaratmayacaq. İşlər bütün qaydalara uyğun həyata keçirilir", - deyə Azərenerjinin prezidenti qeyd edib.

Elektrik stansiyasının qaz təchizatına gəldikdə, o bildirib ki, Azərbaycanın YEK balansında stansiyaya qaz tədarükü nəzərdə tutulub.

Wartsila şirkətinin regional direktoru Tore Berkmanın sözlərinə görə, elektrik stansiyasının tikintisi zamanı keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunur. "Hazırda mexaniki quraşdırma və elektrik avadanlıqlarının quraşdırılması işləri aparılır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti