"Azadlıq Partiyası müxalifətin dekabrın 18-nə planlaşdırdığı mitinqini ciddi qəbul etmir". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Əhməd Oruc bildirib.
"Müxalifətin məlum qarşıdurma ilə nəticələnmiş 26 noyabr aksiyası onu göstərdi ki, onlar bir daha meydana çıxmayacaqlar", - deyən Ə.Oruc müxalifətin bundan sonra keçirəcəyi aksiyaların ciddi olmayacağını bildirib.
Partiya sədri belə aksiyalarda iştirak etməyəcəklərini, yalnız onların səsləndirdiyi şüarları dəstəklədiklərini qeyd edib.