...

Rusiyada Azərbaycan İlinin təntənəli bağlanmasında Azərbaycanın nümayəndə heyətinə baş nazirini birinci müavini Abbas Abbasov başçılıq edəcək

Siyasət Materials 14 Dekabr 2005 14:12 (UTC +04:00)

Rusiyada Azərbaycan İlinin təntənəli bağlanma mərasiminə Azərbaycanın hökumət nümayəndə heyətinə hökumətin baş nazirinin birinci müavini Abbas Abbasov başçılıq edəcək. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Təntənələrin dekabrın 17-nə təyin edilib. Azərbaycan tərəfi bu təntənələrdə hökumətin nümayəndə heyəti ilə iştirak edəcək. Onun tərkibinə incəsənət və mədəniyyət xadimləri daxildir. Rusiyada Azərbaycan İlinin rəsmi bağlanışı Moskvada eks-prezident Heydər Əliyevin abidəsinin açılışına həsr olunacaq. Heykəl Səməd Vurğun küçəsinə bitişik bağcada, "Bakı" kinoteatrının yaxınlığında ucaldılacaq.

Xəbər lenti

Xəbər lenti