...

"Klassiklər" AXCP-si təkrar parlament seçkisində iştirak edəcək

Siyasət Materials 14 Dekabr 2005 15:39 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) qanadı 10 dairə üzrə təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə "Klassiklər" AXCP-sinin sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O, bildirib ki, AXCP təkrar seçkidə iştirak edəcək digər siyasi qüvvələrlə razılaşdırılmış şəkildə 10 dairənin hər birindən namizəd irəli sürəcək. M.Mirəlioğlu həmçinin bildirib ki, təkrar seçkidə iştirakdan imtina edən digər müxalifət partiyaları AXCP-nin bu addımını birmənalı qarşılamasa, bunu təbii qəbul edəcək: "Bundan əvvəlki parlament seçkisində müxalifətin ümumi razılaşmasına biz sadiq qaldıq və parlamentə getmədik. Amma digərləri buna əməl etmədi. Bu dəfəki seçkidə hesab edirəm ki, partiyamız özü müstəqil qərar verməkdə sərbəstdir və buna mənəvi haqqı da var. Bizim təkrar seçkidə iştirak etmək qərarımıza fərqli yanaşmalar olacaq, əgər obyektiv, ağıllı fikirlər irəli sürüləcəksə, bunu normal qiymətləndirəcəyik"-deyə M.Mirəlioğlu bildirib.

Xəbər lenti

Xəbər lenti