...

Bakı şəhər Prokurorluğu "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabula təqdimat göndərib

Siyasət Materials 14 Dekabr 2005 16:35 (UTC +04:00)

Bakı şəhər Prokurorluğu "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabula təqdimat göndərib. Bu barədə Trend ə Bakı şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Təqdimat şirkət əməkdaşları tərəfindən həm təşkilati nöqsanların, həm də normativ sənədlərin tələblərinə lazımi qaydada riayət olunmaması hallarının aradan qaldırılması ilə bağlıdır. Bakı şəhər Prokurorluğunun "Barmek"ə bu xəbərdarlığına səbəbsə yüksək gərginlikli naqillərdəki nasazlıqların vətəndaşların həyatına təhlükə yaratmasıdır.

Belə ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində belə faktla bağlı istintaq işi yekunlaşıb. İstintaq yolu ilə müəyyən edilib ki, 2004-cü il martın 8-də azyaşlı Həzi Hüseynov Bakı şəhəri, Yeni Yasamal -1 yaşayış massivində yerləşən "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin Yasamal rayon Şöbəsinin 1 saylı ötürücü stansiyasının damı üzərinə çıxıb. Nəticədə yüksək gərginlikli xəttin üstünə dolaşmış naqilə dolaşaraq faciəli surətdə dünyasını dəyişib. Bu faktla əlaqədar Yasamal rayonü Elektrik İstismarı Şəbəkəsinin apırıcı mühəndisi Zakir Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Müəyyən edilib ki, Yasamal rayon Elektrik İstismarı şəbəkəsinin istimar edilən TM 899 - TM 715 saylı 10 kI yüksək gərginlik xətti "Elektrik qurğularının quraşdırılma qaydaları" kobud şəkildə pozulub.

Artıq ibtidai istintaq yekunlaşıb, bu yaxınlarda cinayət işinin materialları məhkəmə baxışına göndəriləcək.

Xəbər lenti

Xəbər lenti