...

Asim Mollazadə AŞPA-nın Siyasi Komitəsinin iclasında Belorusiyadakı vəziyyətlə bağlı məruzə edib

Siyasət Materials 14 Dekabr 2005 16:37 (UTC +04:00)

"Azərbaycanın Avropa Şurası Parlament Ass ambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə dekabrın 14-də qurumun Siyasi Komitəsinin toplantısında Belorusiyadakı vəziyyətlə bağlı məruzə edib". Trend xəbər verir ki, millət vəkili dekabrın 13-də Çeçenistan alt komitəsində təşkil edilən Çeçenistandakı vəziyyətlə bağlı dəyirmi masada da iştirak edib.

Dekabrın 15-də isə AŞPA-nın Monitorinq Komitəsinin toplantısı olacaq. Toplantının gündəliyində Gürcüstan üzrə həmməruzəçilərin hesabatı, bu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı qətnamə və hesabat layihələrinin qəbulu, Ermənistan üzrə həmməruzəçilərin 27 dekabrda bu ölkədə keçirilən konstitusiya dəyişikliklərinə dair referenduamla bağlı hesabat, Azərbaycan üzrə həmməruzəçilriən 1-3 dekabrda Bakıya səfərlərinin nəticələrinə dair hesabat və digər məsələlər durur.

Xəbər lenti

Xəbər lenti