...

Naxçıvanda Cəncə avtomobil zavodunun filialı tikilir

Siyasət Materials 14 Dekabr 2005 19:35 (UTC +04:00)

Naxçıvanda Cəncə avtomobil zavodu filialının açılışı ilə regionumuzun iqlim şəraitinə uyğun avtomobillər istehsal olunacaq. Bu barədə Trend ə Gəncə avtomobil zavodunun Naxçıvan filialının tikinti işləri üzrə müavini Bəşarət Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, burada dünyada istehsal olunan müxtəlif markalı avtomobillərin satışı təşkil olunacaq. 50 nəfərin çalışacağı obyekt bu ilin oktyabrından tikilir. Tikinti işləri başa çatmaq üzrədir. Bina 2 mərtəbəlidir. Bina nümayəndəliyin inzibati idarəsi, avtomobillərin satışı və sərgisi üçün nəzərdə tutulub. 500 m2 sahəni əhatə edən binanın birinci mərtəbəsi bütövlükdə fərdi salon olacaq. İkinci mərtəbədə geniş konfrans zalı, 9 iş otağı, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərəcək.

Bundan başqa, digər binaların - istehsal sexinin, servis xidmətləri üçün nəzərdə tutulan tikililərin də inşasına başlanılacaq. Yaradılan sexlərdə "OKA" və "UAZ" markalı avtomobillər istehsal olunacaq. Daha doğrusu, Rusiyadan alınıb gətirilən hissələrlə həmin markalı avtomobillər burada yığılacaq. Bütün markalı avtomobillərə texniki xidmət servisləri fəaliyyət göstərəcək. Satış məqsədilə artıq 20 ədəd müxtəlif minik avtomobili gətirilib.

Xəbər lenti

Xəbər lenti