...

Spiker xarici qonaqlarla ilk iki görüşünü keçirib

Siyasət Materials 14 Dekabr 2005 20:40 (UTC +04:00)

Spiker Oqtay Əsədov dekabrın 14-də Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumbaridze və Gürcüstan parlamentinin azərbaycanlı deputatı Kamal Muradxanlını qəbul edib. Trend xəbər verir ki, görüşdə iki ölkə apasındakı münasibətlər müzakirə olunub.

İki dövlətin parlamentlərarası münaibətləri də müzakirə obyekti olub. Tərəflər bu münasibətlərin daha da genişləndirilməsi istiqamətində fəaliyyət göstəriləcəyini qeyd edib.

Spiker elə həmin gün MDB Parlament Assambleyasının baş katibi Mixayıl Krotov və müavini Aydın Cəfərovu da qəbul edib. Görüşdə parlamentlərarası münasibətlər müzakirə olunub.

Qeyd edək ki, Oqtay Əsədov spiker vəzifəsinə seçiləndən sonra bu onun ilk görüşləridir.

Xəbər lenti

Xəbər lenti