...

Akif Nağı: "Minsk qrupunun fəaliyyətinin dayandırılmasını tələb edirik"

Siyasət Materials 15 Dekabr 2005 11:19 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkitlatı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinə etiraz olaraq dekabrın 16-da onların Bakıda görüşlər və mətbuat konfransları keçirəcəyi yerlərdə aksiyalar təşkil edəcək. Bu barədə Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib.

O, bildirib ki, etiraz aksiyalarının vaxtı və yeri həmsədrlərin harada və nə vaxt görüşlər keçirəcəyindən, yaxud tədbirlərdə iştirak edəcəklərindən asılı olacaq: "Biz Minsk qrupunun səmərəsiz fəaliyyətinə və həmsədrlərinin işğalçı ermənilərin mövqelərini möhkəmləndirməyə çalışmasına etiraz edirik. Buna görə də həmsədrlərin bölgəyə səfərlərinə son qoyulmasını, Minsk qrupunun da fəaliyyətinin dayandırılmasını tələb edirik. Belə bir səmərəsiz və qeyri-obyektiv fəaliyyətə artıq heç bir ehtiyac qalmayıb"-deyə Akif Nağı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti