...

Gürcüstan XİN başçısının Bakıya səfərinin tarixi məsələsi hələlik açıq qalır

Siyasət Materials 15 Dekabr 2005 12:43 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvilinin Azərbaycana rəsmi səfərinin tarixi məsələsi hələlik açıq qalır. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyində bildirilib.

Səfirlikdə XİN başçısının dekabrın 15-20-də Bakıya səfərinin mümkünlüyü barədə öncə verilən məlumat şərh edilərkən bildirilib ki, həmin vaxt nazir Avropa və ABŞ-da səfərdə olacaq. Hələlik Q.Bejuaşvilinin Azərbaycana səfərinin müəyyən tarixi müzakirə edilməyib.

Azərbaycanın Gürcüstandakı səfirliyində Trend ə bildirilib ki, XİN başçısının Bakıya səfərinin tarixi hələlik məlum deyil. Burada qeyd olunub ki, yəqin ki, səfər bu il yox, 2006-cı ildə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti