...

Əli Əliyev: "AMİP-in icra strukturlarının fəaliyyəti bir neçə aydır iflic vəziyyətindədir"

Siyasət Materials 15 Dekabr 2005 12:47 (UTC +04:00)

"Etibar Məmmədovun bəyanatında səsləndirdiyi fikirlərdə konkretlik yoxdur. AMİP-də Nizamnamədən kənar heç bir təyinat yoxdur". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Əli Əliyev bildirib.

Qeyd edək ki, AMİP-in lideri Etibar Məmmədov partiya daxilində baş verən narazılıqlarla bağlı öz fikirlərini açıqlayıb, bildirib ki, Nizamnamədən kənar təyinatlar yolverilməzdir. E.Məmmədov deyib ki, partiya daxilində yaranmış hər-hansı problemin həllində ən böyük məsulliyət sədrin üzərinə düşür.

E.Məmmədovun fikirlərinə münasibətini bildirən Əli Əliyev deyib ki, partiyadakı bir neçə postlara verdiyi təqdimatlar Nizamnamədən kənar deyil. Onun sözlərinə görə, AMİP-in irca strukturlarının fəaliyyəti bir neçə aydır ki, iflic vəziyyətdədir. Məsələn, partiyanın baş katibi olmuş Arzuxan Əlizadə Mərkəzi Seçki Komissiyasının üzvüdür və partiyada fəaliyyətini demək olar ki, davam etdirmir. Əli Əliyev bildirib ki, onun yerinə başqa şəxsin təqdimatını verməklə partiyanın strukturlarını işlək vəziyyətə gətirmək üçün sədrin səlahiyyətləri daxilində olan vəzifələrini icra edir.

Ə. Əliyev eyni zamanda E.Məmmədovun partiya daxilində yaranmış problemlərin həllinə görə ən böyük məsulliyətin sədrin üzərinə düşməsi barədə fikirləri ilə razılaşdığını deyib. AMİP sədri buna görə öz öhdəliyindən olan məsələlərin həllinə çalışdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti