...

Əlavə seçkilərdə iştirak etməklə bağlı BAP-da fikir ayrılığı yaranıb

Siyasət Materials 15 Dekabr 2005 14:40 (UTC +04:00)

"Əlavə seçkilərdə iştirak etməklə bağlı Böyük Azərbaycan Partiyasında (BAP) fikir ayrılığı yaranıb". Bu barədə Trend ə BAP sədri Elşad Musayev bildirib.

E.Musayev qeyd edib ki, partiya rəhbərliyində təmsil olan bir qrup əlavə seçkilərdə iştirakın vacibliyini qeyd edib, digər qrup isə bunun əksinə çıxıb: "Sədr kimi özüm hələ qəti qərara gəlməsəm də, seçkilərdə iştirak etməyin tərəfdarıyam. Güman edirəm ki, rəhbərlikdə bu məsələ müsbət həllini tapacaq".

Partiya sədri onu da vurğulayıb ki, Binəqədi rayonunda güclü təşkilatlanıblar: "Əlavə seçkilərdə iştirak etmək barədə qəti qərara gəlsək, namizədliyimizi 9 saylı Binəqədi seçki dairəsindən verəcəyik".

Xəbər lenti

Xəbər lenti