...

Strasburqda Cənubi Qafqaz ölkələri yerli və regional özünüidarəetmə orqanları nümayəndələrinin görüşü keçirilir

Siyasət Materials 15 Dekabr 2005 17:08 (UTC +04:00)

Dekabrın 15-də Strasburqda Cənubi Qafqaz ölkələri yerli və regional özünüidarəetmə orqanları nümayəndələrinin görüşü keçirilir. Avropa Şurasının Bakıdakı informasiya ofisinin rəhbəri İlqar İbrahimov Trend ə bildirib ki, Azərbaycan görüşdə Avropa yerli və regional hakimiyyət Konqresinin (YRHK) üzvü olan 6 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Görüş iştirakçıları yerli özünüidarəetmə orqanlarının fəaliyyəti sahəsində tələbatı öyrənir və YRHK vasitəsilə Azərbaycan, Ermənistan və Gürcüstan bələdiyələrinin gələcək əməkdaşlığının mümkün yollarını araşdırır.

Tədbirdə TransQafqaz yerli və regional özünüidarəetmə orqanlarının əməkdaşlığı və YRHK ilə əməkdaşlıq məsələlərinə dair Gülnaz Salamova və Fikrət Rzayev məruzə ilə çıxış edəcək.

Həmçinin iclasda Azərbaycanın yerli özünüidarəetmə orqanları Milli assosiasiyasının yaradılmasına dəstək layihəsi üzrə işçi komissiyası iclasının yekunları müzakirə edilir.Bu mövzu ilə bağlı layihənin mediatoru, AŞ-nin britaniyalı eksperti, AŞ-nin kosovo ofisinin rəhbəri Ouen Masters məruzə ilə çıxış edəcək.

Eyni zamanda YRHK-nin 2005-ci ilin oktyabrında İrəvanda keçirilmiş 18-ci ümumi yığıncağı və YRHK-nin 2005-ci ilin mayında Alaniyada (Türkiyə) keçirilmiş görüşləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, görüş YRHK tərəfindən təşkil edilib və burada YRŞK-nin prezidenti Covanni di Stazi (Giovanni Di Stasi) giriş sözü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti