...

Yeni Azərbaycan Partiyası təkrar seçkidə iştiraka dair hələ rəsmi qərar verməyib

Siyasət Materials 15 Dekabr 2005 17:20 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) təkrar parlamentdə iştiraka dair hələ ki rəsmi qərar qəbul etməyib. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

H.Paşayev bildirib ki, bu məsələlər partiyanın İdarə Heyətinin iclasında müzakirəyə çıxarılır və qərarlar qəbul edilir. Hələlik isə İdarə Heyətində 13 mayda keçiriləcək təkrar parlament seçkiləri məsələsi müzakirə olunmadığından YAP bu seçkiyə hazırlığa start verməyib.

H.Paşayev qeyd edib ki, YAP-ın İdarə Heyətinin iclası ayda bir dəfədən az olmamaqla keçirilir.

Xəbər lenti

Xəbər lenti