...

AXCP sədri Böyük Britaniya səfiri ilə görüşüb

Siyasət Materials 15 Dekabr 2005 17:56 (UTC +04:00)

Dekabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli Böyük Britaniya krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lourens Bristou ilə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə parlament seçkilərinin saxtalaşdırılması, seçkilərdən sonra yaranmış durum, "Azadlıq" blokunun 26 noyabr mitinqində baş verənlər barədə müzakirələr aparılıb. Əli Kərimli "Yeni fikir" gənclər təşkilatının üzvlərinə qarşı təzyiq halları barədə səfirə məlumat verib. AXCP Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlarda seçki saxtakarlığının, ölkədə müstəqil məhkəmə sisteminin olmamasının müzakirəyə çıxarılmasını təklif edib.

Səfir isə bildirib ki, hazırda Avropa Birliyi ilə Azərbaycan arasında "Yeni qonşuluq siyasəti" çərçivəsində fəaliyyət planının qəbuluna dair məsləhətləşmələr aparılır. Bu planın əsas prinsipi qanunun aliliyi, insan hüquq və azadlıqlarına, demokratik prinsiplərə əməl olunmasıdır.

Xəbər lenti

Xəbər lenti