...

Parlamentin regional məsələlər daimi komissiyasının ilk iclası keçirilib

Siyasət Materials 15 Dekabr 2005 18:14 (UTC +04:00)

Milli Məclisin regional məsələlər daimi komissiyasının ilk iclası keçirilib. Bu barədə Trend ə parlamentin mətbuat xidmətindən bildiriblər.

Komissiya "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşməsi barədə" qanun layihəsi müzakirə olunub.

İclasda "Banklar haqqında" qanunun tətbiqi ilə əlaqədar "Auditor xidməti haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyəlrin maliyyə əsasları haqqında" qanunlara, Gömrük Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklif olunub.

Sonra "Azərbaycan Respublikasnın bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə", "Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklər edilməsi haqqında" qanun layihələrinə baxılıb. Hər üç layihə təsdiqlənmək üçün parlamentin müzakirəsinə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti