...

Beynəlxalq Valyuta Fondu Azərbaycanda makroiqtisadi sabitliyn səviyyəsindən razıdır

Siyasət Materials 15 Dekabr 2005 18:26 (UTC +04:00)

Azərbaycanda makro iqtisadi sabitliyin səviyyəsi və iqtisadi inkişafın sürəti yüksəkdir. Trend in məlumatına görə, bu barədə dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə BVF-nun Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin direktoru Culian Berenqaut bildirib.

O, ölkədə keçirilən büdcə siyasətinin, xarici sisətin və digər mühüm amillərin böyük rolunu qeyd edib. C.Berenqaut əmin olduğunu bildirib ki, BVF-nun Azərbaycanla uğurlu əməkdaşlığı gələcəkdə də davam edəcək. Azərbaycana səfərinin məqsədinə toxunan BVF-nun nümayəndəsi qeyd edib ki, səfər ölkə hökuməti ilə 2006-cı il büdcə siyasətinin də müzakirə olunacağı məsləhətləşmələr və iqtisadi inkişaf məsələlərinin müzakirəsi ilə bağlıdır.

Azərbaycan prezidenti .lkə rəhbərliyinin BVF ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Onun sözlərinə görə, indiyə kimi Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanıb və buna misal kimi qlobal enerji layihələrini və ölkənin iqtisadi göstəricilərini göstərmək olar. Dövlət başçısı, həmçinin, makroiqtisadi sabitliyin və balanslaşdırılmış iqtisadiyyat prinsipləri sahəsində konkret işlərin həyata keçirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti