...

AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycanda keçirilmiş parlament seçkiləri müzakirə olunub

Siyasət Materials 15 Dekabr 2005 18:38 (UTC +04:00)

Dekabrın 15-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin toplantısı olub. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Toplantıda 6 noyabrda Azərbaycanda keçirilən parlament seçkiləri ciddi müzakirəyə edilib. Müzakirələrin gedişi zamanı Monitorinq Komitəsinin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Nümayəndə heyətinin üzvü Asim Mollazadə isə çıxışında seçkilərlə bağlı sədri olduğu Demokratik İslahatlar Partiyasının mövqeyini diqqətə çatdırıb.

Azərbaycanda keçirilən seçkilərlə bağlı AŞPA-nın Böyük Britaniyadan, Türkiyədən, Rusiyadan və digər ölkələrdən olan təmsilçiləri də öz mövqelərini bildiriblər. Azərbaycan üzrə həmməruzəçilərdən Andreas Qross toplaqtıya qatılmayıb, digər həmməruzəçi Andes Herkel isə çıxış edib. Qurumun toplantısında hesabat məruzəsi olmadığına görə Azərbaycanda seçkilərlə bağlı heç bir sənəd qəbul edilməyib. Seçkilərlə bağlı müzakirələrin Monitorinq Komitəsinin yanvarda keçiriləcək növbəti toplantısında davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti