...

AŞPA-nın Monitorinq Komitəsində Azərbaycan üzrə müzakirələr yanvar ayında davam etdiriləcək

Siyasət Materials 15 Dekabr 2005 19:31 (UTC +04:00)
AŞPA-nın Monitorinq Komitəsində Azərbaycan üzrə müzakirələr yanvar ayında davam etdiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycan üzrə müzakirələr təşkilatın qış sessiyası çərçivəsində yanvar ayında davam etdiriləcək. Bu barədə Trend ə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin üzvü, Azərbaycanda parlament seçkilərinin yekunlarının müzakirə olunduğu MK-nin dekabrın 15-də Parisdə keçiroilən iclasında iştirak edən Asim Mollazadə məlumat verib.

A.Mollazadənin sözlərinə görə, iclasda həmməruzəçi Andres Herkelin və ATƏT-in müşahidə missiyasının rəhbəri Leo Platvoedin çıxışları dinlənilib. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidzadənin, nümayəndə heyətinin üzvü A.Mollazadənin, Bəxtiyar Əliyevin, Rusiya, Böyük Britanyia və Monako parlamentarilərinin çıxış etdikləri müzakirələr keçirilib.

Müzakirələr zamanı bir-birindən fərqlənən fikirlər səsləndirilib. Misal üçün, A.Herkel AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini təklif edib. Digər parlamentarilər isə bunun əleyhşinə çıxış ediblər və Azərbaycanda demokratik dəyişikliklərin davam etdirilməsi üçün bu ölkə ilə əməkdaşlığın davam etdirilməsini bəyan ediblər. A.Mollazadə bu məsələ ilə əlaqədar vahid fikrin qəbul edilmədiyini əlavə edib.

Onun sözlərinə görə, həmmərüzəçilər tərəfindən müvafiq məruzənin olmaması ilə əlaqədar iclasın yekunları üzrə heç bir qərar qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti