...

Andres Herkel: Azərbaycanla bağlı qərar AŞPA-nın yanvar sessiyasında qəbul ediləcək

Siyasət Materials 16 Dekabr 2005 10:46 (UTC +04:00)

Dekabrın 15-də Parisdə Avropa Şurası (AŞ) Monitorinq Komitəsi (MK) Azərbaycanla bağlı hər hansı bir konkret qərar qəbul etməyib. Bu barədə Trend ə AŞ Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.

A. Herkel qeyd edib ki, iclasın gedişində AŞPA-nın Azərbaycan üzrə seçkidən sonrakı missiyasının üzvləri Bakıya dekabrın 2-də etdikləri səfərlə bağlı "təəssüratlarını bölüşüblər".

"Müzakirələrdə Seçki Məcəlləsinin pozulmasının aşkar edildiyi 10 seçki dairəsində təkrar seçkilərin keçirilməsi, eləcə də səsvermənin yekunlarını saxtalaşdırmaqda iştirak edən şəxslərin cəzalandırılması kimi məsələlərə toxunuldu", -deyə Herkel bildirib və vəziyyətə dair qərar Monitorinq Komitəsində deyil, AŞPA-nın yanvar sessiyasında qəbul ediləcək.

Eyni zamanda, A. Herkelin sözlərinə görə, AŞPA həmməruzəçiləri Azərbaycana yeni səfərlə bağlı təşəbbüslə çıxış ediblər, lakin hələlik səfərin konkret tarixi müəyyən edilməyib. "Hələlik bu səfərin sessiyaya qədər və ya ondan sonra baş tutacağı məlum deyil. Lakin artıq onun baş tutması barədə qərar artıq qəbul edilib", - deyə A. Herkel bildirib.

Xəbər lenti

Xəbər lenti