...

Azərbaycanın Milli Məclisinin səlahiyyətləri genişləndirilib

Siyasət Materials 16 Dekabr 2005 11:34 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin "İ" hissəsinə əlavələrin edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanunu qüvvəyə minib. Bu barədə Trend məlumat verib.

Prezident İlham Əliyevin imzaladığı qanuna görə, Konstitusiyanın 95-ci maddəsinin İ hissəsi ilə həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci II hissəsinə əsasənonun səlahiyyətlərinə aşağıdakı məsələlərin həlli aid edilir: Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi; Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin bir qisminin seçilməsi; Məhkəmə Hüquq Şurası üzvlərinin bir qisminin seçilməsi və İctimai Televiziyv və Radio Yayım qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi.

Xəbər lenti

Xəbər lenti