...

AQB növbəti toplantısını Araz Əlizadənin Bakıda olmaması üzündən keçirə bilməyib

Siyasət Materials 16 Dekabr 2005 11:37 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Bloku (AQB) dekabrın 15-ə təyin etdiyi toplantısını blokun şura üzvü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin Bakıda olmaması üzündən keçirə bilməyib". Bu barədə Trend ə AQB-yə daxil olan İslam Partiyası sədrinin birinci müavini Rövşən Əhmədli bildirib.

R.Əhmədli qeyd edib ki, blokun toplantısının dekabrın 20-dək keçiriləcəyi nəzərdə tutulub. Qeyd edək ki, toplantıda adıçəkilən blokun gələcək fəaliyyət prinsipləri müəyyənləşdiriləcək.

R.Əhmədli onu da vurğulayıb ki, blokda təmsil olunmaq üçün onlara bir neçə partiya da müraciət edib: "Seçkidən öncə Birlik Partiyası blokun Şura üzvlüyünə qəbul edilib. Toplantıda müraciət edənlərin məsələsinə baxılacaq".

ASDP-nin AQB üzvü olmaqla yanaşı eyni zamanda fəaliyyətini "Yeni Siyasət" seçki blokunda davam etdirməsini R.Əhmədli belə izah edib: "YES" seçkilərlə bağlı yaradlıan blok olduğu üçün onların fəaliyyətlərinin nə vaxtsa yekunlaşacığ məlumdur. Ancaq AQB seçki bloku deyil. Ümid edirik ki, Araz bəy gələcək fəaliyyətini bizim blokda davam etdirəcək".

Xəbər lenti

Xəbər lenti