...

Məzahir Pənahov: Beynəlxalq təşkilatlar Azərbaycanın ünvanına hər hansı tələblərlə çıxış edə bilməz

Siyasət Materials 16 Dekabr 2005 12:52 (UTC +04:00)

Beynəlxalq təşkilatlar Azərbaycanın ünvanına hər hansı tələblərlə çıxış edə bilməz, yalnız rəsmi Bakının nəzərə aldığı tövsiyələrlə çıxış edə bilər. Trend bildirir ki, jurnalistlərlə söhbətində MSK-nın sədri Məzahir Pənahov bəyan edib.

"Şəffaf, ədalətli və demokratik seçkilərin keçirilməsi imkanını yaradan müəyyən tövsiyələr, şübhəsiz ki, nəzərə alınır-deyə M. Pənahov qeyd edib.

Eyni zamanda MSK sədri qeyd edib ki, mayın 13-də respublikanın 10 seçki dairəsində keçiriləcək təkrar seçkilərdə exit-poll-un aparılması məsələsi ilə bağlı MSK tərəfindən hər hansı bir etiraz yoxdur. "Əgər belə müraciətlər daxil olsa , onda biz bunlara baxmağa hazırıq"-deyə M. Pənahov qeyd edib və bildirib ki, Azərbaycan MSK səsvermə monitorinqinə həm yerli, həm də beynəlxalq müşahidəçiləri dəvət edəcək.

Seçki qanunvericiliyinin pozulması faktları nəzərə alınaraq səsvermənin nəticələri ləğv edilmiş dairələrdən olan namizədlərə pulsuz efir vaxtının verilməsinə toxunan M. Pənahov deyib ki, qüvədə olan qanunvericiliyə əsasən, "pulsuz efir vaxtı dövlət hesabına maliyyələşdirilən KİV orqanları tərəfindən ayrılmalıdır". "Həmin seçki dairələrində belə telekanallar yoxdur"-deyə MSK sədri bildirib və qeyd edib ki, qarşıdakı təkrar seçkilərə hazırlıq artıq başlayıb.

Xəbər lenti

Xəbər lenti