...

Maurisio Pavesi: ATƏT-in DTİHB-nun Azərbaycanda parlament seçkiləri ilə bağlı yekun məruzəsi yanvarın sonlarında hazır olacaq

Siyasət Materials 16 Dekabr 2005 13:03 (UTC +04:00)
Maurisio Pavesi: ATƏT-in DTİHB-nun Azərbaycanda parlament seçkiləri ilə bağlı yekun məruzəsi yanvarın sonlarında hazır olacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkiləri ilə bağlı yekun məruzəsi yanvarın sonlarında hazır olacaq. Trend in məlumatına görə, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi jurnalistlərlə söhbətində bildirib.

"Seçki qanunvericiliyinin pozulması ilə bağlı səsvermənin yekunlarının ləğv edildiyi seçki dairlərində təkrar seçkilərin tarixi artıq məlumdur. ATƏT-in ofisi təkrar səsvermə gününə qədər qısa məruzə hazırlayacaq", -deyə M.Pavesi bildirib və "müxalifət partiyalarının mövqeyi və strategiyasının diqqətə alınması"nın, həmçinin, Azərbaycan rəhbərliyinin təkrar seçkilərin keçirilməsindən sonra atacağı addımları öyrənməyin vacibliyini qeyd edib. "Biz gözləməliyik. Təəssüf ki, seçki marafonu bir ildən artıq - 2005-ci ilin iyunundan 2006-cı ilin mayına kimi uzanıb", -deyə M. Pavesi qeyd edib.

Azərbaycan hökuməti və müxalifət arasında dialoqun bərpa edilməsinin mümkünlüyündən danışarkən ofisin rəhbəri bildirib ki, ATƏT-in nümayəndəliyi "tərəflərin belə bir arzuda olduqlarını ifadə etmədiklərinə görə" dialoqun dirçəldilməsi təşəbbüsü ilə çıxış etməyib. "Mənə elə gəlir ki, Azərbaycan müxalifəti atacağı addımları hərtərəfli müzakirə etməlidir",- deyə sonda M. Pavessi bildirib.

Xəbər lenti

Xəbər lenti