...

Daniel Frid: ABŞ Azərbaycan hökuməti ilə işi davam etdirməyə hazırdır

Siyasət Materials 16 Dekabr 2005 15:20 (UTC +04:00)

"Azərbaycanda 6 noyabr parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməsə da, ABŞ hökuməti bu ölkə ilə işi davam etdirməyə hazırdır, belə ki, o, demokratiyaya doğru hərəkət edir". Trend in xəbər verdiyi kimi, belə bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid transatlantik əlaqələrin inkişafı məsələsi üzrə Amerika sahibkarlıq institutunda çıxışı zamanı bəyan edib.

"Azərbaycanda 6 noyabr parlament seçkiləri azad və ədalətli keçirilməsə də, formal olmayıb. Seçki qanunvericiliyinin pozulması ilə müşayiət olunmuş seçkilərlə tam formal keçirilmiş seçkilər arasında böyük fərq var", - deyə o bildirib.

"Respublika hökuməti nəticələri şübhə doğuran bəzi seçki dairələrində təkrar seçkinin keçirilməsinə razılıq verib", - deyə D.Frid qeyd edib. Onun fikrincə, təkrar seçkilərin ədalətli keçirildiyi təqdirdə Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin narahatlığını aradan qaldıra biləcək.

"Əgər Azərbaycan hökuməti ATƏT-in təkrar seçkilərə dəvəti təşəbbüsü ilə çıxış etsə, o zaman biz bunu nəzərə almalıyıq. Lakin bunu etməyən və beynəlxalq ictimaiyyətin fikrinə əhəmiyyət verməyən dövlətlər də var", - deyə D.Frid sonda bildirib.

Xəbər lenti

Xəbər lenti