...

Məzahir Pənahov: "Siyasi mübarizənin ən sivil üsulu parlamentdə iştirak edib mübarizə aparmaqdır"

Siyasət Materials 16 Dekabr 2005 15:42 (UTC +04:00)

"Parlament əsl siyasi mübarizə yeridir və sivil mübarizə də məhz parlamentdə iştirakdan keçir". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O, 6 noyabr parlament seçkisində qalib gəlmiş 7 nəfər müxalifətçi deputatın Milli Məclisin iclaslarında iştirak etməməsinə münasibətini bildirərkən deyib ki, həmin şəxslərin bu addımı təqdir edilə bilməz: "Mən hesab edirəm ki, emosiyalara qapılaraq hərəkət etmək yaxşı qiymətləndirilmir. Demokratik dünyada qəbul olunan siyasi mübarizənin ən normal və sivil üsulu parlamentdə iştirak edib mübarizə aparmaqdır. Müxalifətdən hətta 1 nəfər deputat seçilmiş olsa belə, onun vəzifəsi parlamentdə iştirak edib öz fikirlərini çatdırmaqdır. Mənim fikrimcə, onlar parlamentin iclaslarında iştirak edəcəklər. Əgər etməsələr, onda qanuna müvafiq şəkildə onların mandat məsələsinə baxılacaq", - deyə MSK sədri bildirib.

Xəbər lenti

Xəbər lenti