...

Naxçıvan Muxtar Respublikasının Tikinti və Memarlıq Komitəsi bu il çoxsaylı tikililəri başa vurur

Siyasət Materials 16 Dekabr 2005 16:40 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Tikinti və Memarlıq Komitəsinin əsaslı tikinti şöbəsinin müdiri Zəfər Babayev komitənin gördüyü işlər haqqında Trend ə məlumat verib. Bu il bir sıra tikililər tikilib, təmir işləri aparılıb. 2003-cü ildə tikintisinə başlanan, tutumu 100 milyon m3 olan Heydər Əliyev adına su anbarı təhvilə hazırdır və Azərbaycan Respublikası prezidentinin Naxçıvana səfəri zamanı istifadəyə veriləcək. 2005-ci ildə tikintisinə başlanan Böyük düz ərazisində qarışıq tipli cəzaçəkmə müəssisəsində tikinti davam etdirilir və tikili 2006-ci ilin əvvəlində təhvil veriləcək. Cari ilin əvvəlində tikintisinə başlanan Naxçıvan şəhər zonal qaz içtehsalat qaz birliyinin inzibati binası təhvilə hazırdır. Onun açılışının da prezidentin gəlişi zamanı keçirilməsi nəzərdə tutulub.

Qaçqın ailələri üçün 100 mənzilli yaşayış evi (2004-də tikintisinə başlanılıb) bu il təhvil verilib. Əlillər və veteranlar üçün 36 mənzilli yaşayış evi (2004-də tikintisi başlanıb), NAR Dövlət sosial müdafiə fondu (DSMF), Sədərək və Gülfa gömrük komitələri üçün tikilən bina (2004-də başlanıb) ilin sonunda təhvil veriləcək. Milli Təhlükəsizlik Komitəsi üçün tikilən bina isə 2006-cı ilin əvvəlində istifadəyə veriləcək. Gülfa Barıdah asenli su müalicəxanası, Sədərək, Gulfa və Şərur rayonlarında gənc əlillər üçün iki otaqlı fərdi mənzillər, bütün rayonlarında qaz istismar idarələri üçün , Şahbuz, Gülfa rayonlarında şahmat məktəbləri, 16 orta məktəb, Kəncərli rayonunda 6 obyekt tikintisi başa çatıb və təhvil verilib. 2004-cü ildə tiikntisinə başlanan Heydər Əliyev adına hərbi litsey də bu il təhviml verilib. Bu il tikintisinə başlanan Vayxır su elektrik stansiyası üçün su anbarf tikintisi davam edir və o da 2006-da təhvil veriləcək. Kəncərlidə 40 çarpayılı xəstəxana , Naxçıvan şəhərində aviakassa tikilib təhvil
verilib. Bir çox inzibati binalarda- Naxçıvan musiqi texnikumunun binasında, Naxçıvan şəhər uşaq xəstəxanasında, iki orta məktəbdə əsaslı təmir işləri görülüb. Gənclik mərkəzinin binası da təhvilə hazırdır. Bütün rayonlarda adablıq işləri görülür, yollar və körpülər salınır.

Xəbər lenti

Xəbər lenti