...

Şahin Diniyev: Yığmaya əlavə qüvvə lazımdır

Siyasət Materials 16 Dekabr 2005 17:54 (UTC +04:00)
Şahin Diniyev: Yığmaya əlavə qüvvə lazımdır

"Yığmada olan yerlərə namizədlərin elan edilmiş siyahısında elə oyunçuların adı sadalanır ki, mən yaxın illərdə onların xidmətindən yararlanmaq niyyətindəyəm". Bu barədə Trend ə Azərbaycanın milli komandasının öz işinə başlamış baş məşqçisi Şahin Diniyev bəyan edib. O, qeyd edib ki, kollektivə əlavə qüvvə lazımdır.Buna görə də yığmanın sistemini dəyişmək lazımdır. "Bu iş son on üç il ərzində aparılmayıb və biz bunu etməliyik. Şübhəsiz ki, öncə çətin olacaq, amma biz nə istədiyimizi bilirik. Dəstədə olan namizədlərin orta yaş həddi iyirmi üçdür. Əlbəttə, təcrübəli uşaqlar da lazımdır.Amma bununla belə bizim perspektivli, fayda qazandırmaq iqtidarında olan oyunçularımız vardır" -deyə Ş.Diniyev bildirib.

Məşqçinin sözlərinə görə, o, futbolçulardan meydanda daha böyük həvəs və son qüvvəsinədək mübarizə aparmaq iradəsini tələb etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti