...

Ermənistanın hava limanında keyfiyyətsiz yanacağın doldurulması xarici təyyarənin Bakıda yerə enməsinə səbəb olub

Siyasət Materials 16 Dekabr 2005 17:57 (UTC +04:00)
Ermənistanın hava limanında keyfiyyətsiz yanacağın doldurulması xarici təyyarənin Bakıda yerə enməsinə səbəb olub

Bu gün saat 11:21-də ABŞ-ın istehsalı olan və Silver Birde özəl alman şirkətinə məxsus olan Sens-525 təyyarəsi Heydər Əliyev adına Bakı hava limanında yerə enməyə məcbur olub. AZAL DK-nın rəis müavini Arif Məmmədovun Trend ə bildirdiyi kimi, təyyarə Frankfurt-İstambul-Yerevan-Aşqabad-Kabul marşrutu ilə hərəkət edirdi.

A.Məmmədovun sözlərinə görə, İrəvanın "Zvardnots" hava limanında təyyarəyə yanacaq doldurulub, lakin burada müvafiq normalara əməl olunmadığından təyyarənin yanacaq çəninə eyni miqdarda yanacaq doldurulmayıb.

"Bu, təyyarənin Bakı hava limanında məcburən yerə enməsinə səbəb olub. Təyyarənin pilotları vəziyyəti düzəltməyə çalışsalar da, çənlərdə yanacaq fərqi daha da artıb və qəza təhlükəsi yaranıb", - deyə o bildirib.

A.Məmmədov onu da qeyd edib ki, təyyarənin kapitanı Bakının 200 km-də olarkən hava limanında yerə enməyə ehtiyacın olduğunu bildirib və buna icazə verilib. "Problem aradan qaldırılıb. Təyyarənin yanacaq çəninə 500 litr yanacaq doldurulduqdan sonra o, saat 14-15-də hava limanını tərk edib", - deyə rəis müavini sonda bildirib.

Xəbər lenti

Xəbər lenti