...

Azərbaycan-AB ekspertlərinin növbəti iclası gələn ilin fevralında keçiriləcək

Siyasət Materials 16 Dekabr 2005 18:15 (UTC +04:00)

Azərbaycan-Avropa Birliyi (AB) ekspertlərinin AB "Yeni qonşuluq Siyasəti" Proqramı çərçivəsində növbəti iclası gələn ilin fevralında keçiriləcək. Ekspertlərin bu gün Bakıda keçirilən ilk iclasında beləğ bir qərar qəbul edilib. Bu barədə Trend ə AR XİN-in mətbuat və informasiya siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, bugünkü iclas üç əsas sektor üzrə keçib: siyasi, iqtisadi-ticari və nəqliyyat-energetia infrastrukturu.

Tağızadə bildirib ki, danışıqlarda Azərbaycan müvafiq olaraq XİN başçısının müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov və nəqliyyat nazirinin müavini Musa Pənahovun başçılıq etdiyi nümayəndə heyətləri ilə təmsil olunub. AB tərəfdən isə danışıqlarda həmin beynəlxalq strukturun təxminən 20 nümayəndəsi iştirak edib.

Tərəflər Azərbaycan-AB əməkdaşlığı perspektivlərini nəzərdə keçirib. Tağızadə bildirib ki, məsləhətləşmələrin növbəti mərhələsi Brüsseldə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti