...

"Azadlıq" bloku dekabrın 18-də Bakının mərkəzi meydanında izacəsiz aksiya keçirməyi planlaşdırır

Siyasət Materials 16 Dekabr 2005 18:53 (UTC +04:00)

"Azadlıq" bloku dekabrın 18-də Bakının mərkəzi meydanlarından birində izacəsiz aksiya keçirməyə qərar verib. Bu barədə Trend ə blokun mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov məlumat verib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 16-da müxalifətçilərə göndərdiyi cavab məktubunda onların "Qələbə" meydanında aksiya keçirməsinin məqəsədəuyğun olmadığını bildirib. Əvəzində onlara "Motodrom"da mitinq keçirməyi təklif edib.

Bakı Şəhər İcra Hakimiyyətinin cavabı ilə əlaqədar "Azadlıq" bloku liderləri toplantı keçirib və bu məsələni müzakirə ediblər. Qərara gəlinib ki, dekabrın 18-də şəhərin mərkəzi yerlərindən birində - Cəfər Cabbarlı heykəlinin qarşısındakı (28 May metrosunun yanı), yaxud Nəriman Nərimanov kinoteatrının qarşısındakı meydanlarda və ya Füzuli meydanında aksiyalar keçirilsin. Bununla əlaqədar dekabrın 16-da yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib, bu müraciətdə bu üç ünvandan birində aksiya keçiriləcəyi ilə bağlı xəbərdarlıq olunur.

Blok liderlərinin qərarı ilə müxalifətçilər Bakı Şəhər İcra Hakimiyyətinin növbəti müraciətə hansı cavabı verəcəyindən asılı olmayaraq, dekabrın 18-də saat 15.00-da bu meydanlardan birində aksiya keçirməyə cəhd göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti