...

MSK nümayəndəsi deputat mandatından imtina barədə təbliğat aparanları öz şəxsi maraqlarını güdməkdə günahlandırır

Siyasət Materials 16 Dekabr 2005 19:07 (UTC +04:00)

"Seçilmiş şəxslərin mandatdan imtina edilməsi seçicilərin, xalqın iradəsinə hörmətsizlikdir. Bu bir daha göstərir ki, mandatdan imtina barədə təbliğat aparan çevrələr xalqın, seçicinin maraqlarını deyil, öz konyuktur maraqlarını hər şeydən üstün tutur". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və informasiya xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

O, 6 noyabr parlament seçkilərində qalib müxalifətçi deputatların Milli Məclisin iclaslarına qatılmaması və parlamenti boykot etməsinə münasibətini bildirərkən deyib ki, 2000-ci ildəki situasiya indi yenə də təkrarlanır, sadəcə olaraq personajlar dəyişilir.

"2000-ci ildə AXCP-nin təmsilçiləri digər müxalifətçilərə nisbətən daha çox mandat qazanmışdı. O zaman onlar parlamentə getməyin zəruriliyinin təbliğatını aparırdılar. Lakin builki seçkilərdə məğlub olublar, ona görə də Milli Məclisin iclaslarına qatılmağı xəyanət kimi qiymətləndirirlər. Bu cür təbliğat Konstitusiya Məhkəməsinin qərarından sonra, yəni AXCP təmsilçilərinin seçilmiş hesab edildikləri dairələrin nəticələri ləğv olunduqdan sonra intensivləşdi. Konstitusiya Məhkəməsinin qərarına qədər onların gündəliyində bu cür tezislərə rast gəlinmirdi"-deyə Azər Sarıyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti