...

AXCP sədri Polşa səfiri ilə görüşüb

Siyasət Materials 16 Dekabr 2005 20:32 (UTC +04:00)

Dekabrın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli partiyanın qərargahında Polşanın Azərbaycandakı səfiri Kşiştof Kraevski ilə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə parlament seçkilərinin nəticələri, seçkilərdən sonra yaranmış durum, 26 noyabr aksiyası zamanı yaranmış qarşıdurma və digər məsələlər barədə müzakirələr aparılıb. Eyni zamanda 6 noyabr seçkilərinin Avropa Şurası və başqa qurumlarda müzakirəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti